Xaçmaz şəhər sakinlərinin nəzərinə!
23 dekabr 2020 | 16:00
Son günlər şəhərin elektrik enerjisində yaranmış əsaslı problemlərin aradan qaldırılması üçün aparılmış monitorinqin nəticəsi olaraq Xaçmaz şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən avadanlıqların qəzalı vəziyyətə düşdüyü aşkar olunmuşdur.
Yaranmış vəziyyətlə əlaqədar Azərişıq ASC tərəfindən 1 ədəd 400 KVA-lıq Kompleks Transformator Məntəqəsinin quraşdırılması işləri aparılmaqdadır.
Görülən işlərin yekunlaşdırılması ilə bağlı Xaçmaz şəhərinin bir hissəsində saat 12:00-dan iş sonlandırılanadək (1 saat) və KTM quraşdırılan ərazidə (3 saat) elektrik enerjisinin verilməsində fasilələr yaranacaqdır.
Vətəndaşların nəzərə alması xahiş olunur.