24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Azərbaycan Ordusunun qalib Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür
Tarix şəxsiyyətlər yetişdirir, digər həqiqqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradırlar. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempi ilə uğurla irəliləyir. Zəmanəmizin dahisindən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan, bu inamı layiqincə doğruldan və ata vəsdiyyətini yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanın bügünkü və gələcək inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə Azərbaycan özünün bu illər ərzində milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoyan Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti, düşünülmüş islahatları və müdrik qərarları nəticəsində ölkəmiz sürətlə inkişaf etmiş, bu illər ərzində bir sıra böyük layihələrə imza ataraq beynəlxalq aləmdə söz sahibinə, regionun lider dövlətinə çevrilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi və öz adını son 200 ildə ilk dəfə olaraq torpaqlarımızı yağı tapdağından azad edən Böyük Dövlət xadimi, Qüdrətli Sərkərdə kimi Azərbaycan tarixinə həkk etdi.
Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Allah Sizi qorusun!