Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı bir neçə şəhid ailəsi və yaralanmış hərbiçilərlə görüşüb.

30 dekabr 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Hacıqurbanoba və Qaraçı kəndlərində birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbiçilərin ailələrinə baş çəkib, ikinci Qarabağ müharibəsində yaralanmış hərbiçilərlə, eyni zamanda topçu Şahkərəmov Vüsal İslam oğlunun valideynləri ilə görüşüb.

Elnur Rzayev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olunmuşdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etmişdir, şəhidlərimizin qanı yerdə qalmamışdır.

Rayon rəhbəri şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağını qeyd etmiş, yaralıların tezliklə sağalıb həyata dönməsini arzu edərək, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər