Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə səfəri

18 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Strateji əhəmiyyətli, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı demişdir ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı,  peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə  aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.          

Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi. Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir.  İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır.

Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri  məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb. 

AXC-Müsavat cütlüyünün tarixdəki mənfi rolundan danışan Prezident İlham Əliyev 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsində, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmasında Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahı olduğunu,  hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edilməsində, Xalq Cəbhəsi-Müsavat hakimiyyətə gəlmək naminə satqınlıq, cinayət törətdiklərini  bird daha vurğulamışdır.

Şuşada  tarixi abidələri, müqəddəs mləscidlərimizi  ziyarət edən dövlətmizin başçısı demişdir: “Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə  çevriləcək.”

Prezident  İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”- deyir. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu.

Prezident 2010-cu  noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında  çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 

2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.  Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

Keçidlər