Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar - Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

20 yanvar 2021 | 16:00

Qanlı Yanvar hadisələrindən 31 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 31 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir.

20.01.2021-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlər Xiyabanında hər bir şəhidin xatirə lövhəsi önünə gül-dəstələri qoyulub və əziz xatirələri anılıb. Rayon rəhbəri Elnur Rzayev şəhid ailələri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Şəhid ailələri Şəhidlər Xiyabanında əsaslı təmir – tikinti və yenidənqurma işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər