Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin rəhbərliyi ilə videokonfrans formatında müşavirə keçirilib.

22 yanvar 2021 | 16:00

22.01.2021-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin rəhbərliyi ilə videokonfrans formatında müşavirə keçirilib. Videokonfransda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyə sədrləri iştirak edib. 

Müşavirə zamanı çıxış edən Elnur Rzayev qeyd edib ki, 2020-ci il Koronavirus (COVİD-19) pandemiyası cəhətdən uğursuz il olsada, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu. Prezident İlham Əliyev və birinci Vitse Prezident Mehriban xanım Əliyevanın şəxsi təsəbbüsü ilə koronavirus əleyhinə peyvənd ölkəmizə gətirildi və hal hazırda vaksinasiya prossesi Xaçmaz rayonundada uğurla davam etdirilir.

Müşavirədə bildirilib ki, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar keçirilən vaksinasiya prossesi arxayınlıq yaratmamalı, mütəmadi şəkildə reydlər keçirilməli, təbliğat işləri aparılmalı, həmçinin digər tədbirlər mütəmadi monitorinq olunmalıdır.

Müşavirədə Xaçmaz Mərkəzi Xəstəxanası PHŞ-in, Azərişıq, Azərqaz və Azərsunun xidmət sahələrində həmçinin nümayəndəliklərin ərazilərində mövcud olan problemlərin həlli ilə bağlı diskussiyalar aparılıb.

Rayon rəhbəri aidiyyəti müəssisə və təşkilatlara vətəndaşlar ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək barədə göstərişlər verib.

Keçidlər