Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 03.02.2021-ci il tarixində vətəndaşları onlayn formatda qəbul edib.
Elnur Rzayev tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub.
Müraciətlər işlə təmin olunma, torpaq sahələrinin sənədləşməsi, qaz çəkilməsi, sosial müdafiə məsələləri, leysan nəticəsində evlərə ziyan dəyməsi ilə bağlı olub.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiattı qurumlar üzrə yönləndirilib.
Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.