Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təmir olunmuş Həsənqala kənd uşaq bağçası ilə tanış olub

12 fevral 2021 | 16:00

12.02.2021-ci il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Həsənqala kəndində təmir olunmuş uşaq bağçasında olub.

Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkar Əbülfət Məmmədov Xaçmaz Rayon İcra Hakimiyyətinə Həsənqala kənd uşaq bağçasının təmir etdirmək istəyini bildirmişdir. Müraciəti müsbət qarşılanan yerli sahibkarın dəstəyi ilə uşaq bağçası təmir edilmiş və təlim təlim-tərbiyə prossesinin başlaması ilə əlaqədar körpələrin ixtiyarına verilmişdir.

Uşaq bağçası ilə tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, mövcud pandemiya ilə əlaqədar yumşalmalar nəticəsində fəaliyyəti bərpa ediləcək uşaq bağçalarında qaydalara ciddi riayət olunmalı, körpələrin, eyni zamanda xidmət heyətinin sağlamlığının qorunması məqsədilə bütün zəruri addımlar atılmalıdır.

Qeyd edilib ki, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən uşaq bağçalarının təmir olunması və yenidən tikilməsi istiqamətində tədbirlərin icrası xüsusi diqqət mərkəzində saxlanılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti və Həsənqala kənd sakinləri Əbülfət Məmmədova göstərdiyi nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.

Keçidlər