Əsaslı təmir olunmuş Xaçmaz rayon Qusarçay kənd uşaq bağçasının açılışı olub
15.02.2021-ci il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əsaslı təmir olunmuş Qusarçay kənd uşaq bağçası ilə tanış olub.
Xaçmaz rayon sakini, xeyriyyəçi iş adamı Xanlar Eldarovun təşəbbüsü ilə Qusarçay kənd uşaq bağçası əsaslı təmir edilmişdir.
1964-cü ildə istifadəyə verilmiş 20 yerlik Qusarçay kənd uşaq bağçası fəaliyyət göstərdiyi müddət ərzində əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdür. Təmir prossesində bağçanın daxilində yeni xidməti otaqlar, həyətində isə yardımçı tikililər inşa edilmiş, bağçanın həyəti abadlaşdırılmış, uşaqların əyləncəsi və istirahəti üçün lazımi şərait yaradılmışdır.
Uşaq bağçası ilə tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev koronavirus pandemiyası dövründə yumşalmalar nəticəsində fəaliyyəti bərpa ediləcək məkətəbəqədər uşaq müəssisələrində işin təşkili ilə əlaqədar bir sıra tövsiyyə və tapşırıqlarını vermiş, uşaqların, eyni zamanda xidməti heyətin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliiyini diqqətə çatdırmışdır. Bundan sonra da uşaq bağçalarının əsaslı təmiri və yenidən tikilməsi istiqamətində işlərin davam etdiriləcəyi, bu yönümdə tədbirlərin diqqət mərkəzində saxlanılacağı xüsusi vurğulanmışdır.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Qusarçay kənd sakinləri iş adamı Xanlar Eldarova göstərdiyi nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.