Əsaslı təmir olunmuş Xaçmaz şəhər 3 saylı uşaq bağçasına baxış keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əsaslı təmir olunmuş Xaçmaz şəhər 3 saylı uşaq bağçası ilə tanış olub.
Xaçmaz rayon sakini, iş adamı Qasım Muradovun təşəbbüsü ilə Xaçmaz şəhər 3 saylı uşaq bağçası əsaslı təmir edilmişdir.
1950-ci ildə istifadəyə verilmiş 35 yerlik Xaçmaz şəhər 3 saylı uşaq bağçası fəaliyyət göstərdiyi müddət ərzində əsaslı təmir olumadığından yararsız vəziyyətə düşmüşdür. Təmir prossesində bağçanın daxilində yeni xidməti otaqlar, həyətində isə yardımçı tikililər inşa edilmiş, bağçanın həyəti abadlaşdırılmış, uşaqların əyləncəsi və istirahəti üçün lazımi şərait yaradılmışdır.
Uşaq bağçası ilə tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev koronavirus pandemiyası dövründə yumşalmalar nəticəsində fəaliyyəti bərpa ediləcək məkətəbəqədər uşaq müəssisələrində işin təşkili ilə əlaqədar bir sıra tövsiyyə və tapşırıqlarını vermiş, uşaqların, eyni zamanda xidməti heyətin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlərin görülməsinin vacibliiyini diqqətə çatdırmışdır.
Elnur Rzayev bildirib ki, hal hazırda Yalama kənd uşaq bağçasının əsaslı təmiri işləri aparılır, həmçinin Ağtala kənd uşaq bağçası üçün yeni bina tikilir. Bundan sonra da uşaq bağçalarının əsaslı təmiri və yenidən tikilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Xaçmaz şəhərinin sakinləri iş adamı Qasım Muradova göstərdiyi nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.