Şriftin ölçüsü :

Saytın rəngi :

75 yaşı tamam olan Məhərrəm Abasovla səmimi görüş

17 mart 2023 | 15:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasovu 75 yaşı tamam olması münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Uzun illər təhsil sahəsində çalışan və Xaçmaz rayonunun ictimai, siyasi həyatında fəal iştirak edən Məhərrəm Abasov göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. Sonda yubilyara Xaçmaz Rayon İcra Hakimiyyətinin və Respublika Ağsaqqallar Şurasının fəxri fərmanı eləcədə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər