75 yaşı tamam olan şair Fəxri Fərmanla mükafatlandırılıb.
30 aprel 2025 | 13:57
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Ulduzlar” ədəbi məclsinin üzvü, şair Qəribbəy Aşkarı ilə görüşüb. İcra başçısı şairi 75 yaşı tamam olması münasibətilə təbrik edərək xoş arzularını çatdırıb. Qəribbəy Aşkarı səmimi təbriklərə görə rayon rəhbərinə təşəkkürünü bildirib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 75 yaşı tamam olan şair Qəribbəy Aşkarını Fəxri Fərman və qiymətli xatirə hədiyyəsi ilə mükafatlandırıb.