Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı əhalini vaksinasiyada iştirak etməyə çağırdı

05 aprel 2021 | 16:00

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə içtimai iaşə və ticarət obyetlərində eləcədə poçt və bank filiallarında olublar.

Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, tibbi maskadan istifadənin zəruriliyi və vaksinasiyada iştirak etməyin vacibliyi vurğulanıb. COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya qaydalarına əməl edilməsinin eləcədə peyvəndlənmə kompaniyasında vaxtında iştirak etməyin önəmi bir daha xatırladılıb.

Aparılan monitorinqlər zamanı əksər obyektlərdə karantin rejiminin tələblərinə əməl olunduğu müşahidə olunub. Belə ki, xidmət sahələrinin işçiləri fəaliyyətlərini tibbi maska və əlcəkdə davam etdirirlər. Apteklərdə də yetərli sayta tibbi maska, əlcək və spirt mövcuddur.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həmçinin tibb müəssisələrində vaksinasiya prosesinin gedişi ilə də maraqlanıb. Əhalinin sağlamlığı üçün dövlətimizin gördüyü işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər