Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda vətəndaşların müraciətinə həssaslıqla yanaşılır

21 aprel 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev videoformatda növbəti dəfə vətəndaşların müraciətini dinləyib. Fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub.

Müraciətlər işlə təmin olunma, pensiya və müavinətlərin təyinatı, məhəllə daxili yolların təmiri, abonentlərə verilən elektrik enerjisinin gücünün artırılıması eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Keçidlər