Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib. Konfransı giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının muavini Günel Nürəddinova Ulu Öndərin Azərbaycan xalqı üçün göstərdiyi misilsiz xidmətlər barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. O, şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir. Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərin ölməz işıqlı obrazı yaşayır.
Konfransda Rayon Ağsaqqallar Şurasının sədri, Heydər Əliyev mərkəzinin direktoru, təhsil müəssisələrinin rəhbərləri çıxış edərək dahi rəhbərin keçirdiyi həyat yoluna nəzər salıb.