Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi.

01 iyun 2016 | 16:00

Xaçmaz  rayonunda 2 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Uşaqların sehirli  dünyası” adlı tədbir keçirildi. İlk öncə 2 saylı bağçanın balaca fidanları onlara məxsus olan özəl günü açıq elan etdilər. Tədbirdə  sülh göyərçinlərinin havaya buraxılması  uşaqlara xüsusi sevinc bəxş etdi. Sonra qonaqları salamlayan 2 saylı körpələr evi–uşaq bağçasının müdiri Həmayıl İsgəndərova tədbirin mahiyyəti barədə məlumat verdi. 
      Tədbirdə  çıxış edən  Xaçmaz  Rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova  uşaqları təbrik edərək vurğulamışdır ki, uşaqların təlim-tərbiyəsi ilə bağlı məsələlər bu gün dövlətin diqqət mərkəzindədir. Natiq çıxışında bildirmişdir ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış “Uşaqların sehirli dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirildi. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı.
Daha sonra  tədbir uşaqlar üçün xüsusi olaraq hazırlanmış  tortun kəsilməsi ilə sona çatdı.

Keçidlər