Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda Zəfər parkı inşa edilir

17 may 2021 | 16:00
      Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi eləcədə sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Xaçmaz rayonunda Zəfər parkı inşa edilir.
       Xaçmaz şəhərinin Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir. İstirahət mərkəzi müasir layihə əsasında inşa edilir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana yaradılır. Bundan başqa ərazidə süni göl, fontan, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.
Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün atraksionlar, açıq havada müxtəlif tədbirlərin təşkili məqsədi ilə səhnə də yaradılacaq. Hazırda Zəfər parkında son tamamlanma işləri gedir. İşıq dirəkləri basdırılır, yerə tamet döşənir, ətraf ərazilər yaşıllaşdırılır. Ümumilikdə istirahət məkanında 11 min kvadratmetr ərazi tamet 15 min kvadratmetr sahə isə yaşıllıq zonası olacaq. Sakinlər yeni parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirlər.
    Görülən işlərlə tanış olan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkın müasir tələblər səviyyəsində inşası istiqamətində müvafiq tapşırıqlarını verib.

 

Keçidlər