Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ikinci dəfə peyvənd olunub

18 may 2021 | 16:00

Xaçmaz rayonunda vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi uğurla davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon Xəstəxanasında “COVID-19” əleyhinə ikinci dəfə peyvənd olunub və rayon rəhbərinə vaksinasiya üzrə məlumat forması təqdim edilib.

Peyvəndlənmədən sonra gözləmə otağında vətəndaşlarla söhbət edən icra başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülən işlərdən danışıb.

Həyata keçirilən tədbilərin əsasını əhalinin sağlamlığının dayandığını bildirərək vaksinasiya kampaniyasından heç kimin kənarda qalmamasını tövsiyyə edib. İcra başçısı bir daha rayon sakinlərini bu prosesdə iştirak etməyə çağırıb.

 

Keçidlər