Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda vətəndaşların müraciətlərini dinləyib

26 may 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların videoformatda növbəti qəbulunu keçirib. Fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər işə qəbul, pensiya təyinatı, fərdi yaşayış evlərinin işıqla təchizatı, kənd həkim məntəqəsinin təmiri eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib.

Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Onlayn qəbul zamanı əhalinin vaksinasiyada iştirakı ilə bağlı maarifləndirilməsi, idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşların bu prosesə fəal qoşulması ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Keçidlər