Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda şəhid övladları bayram günündə hədiyyələrlə sevindirilib

01 iyun 2021 | 16:00

Xaçmaz rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları diqqətdən kənarda qalmayıb, onlar bayram hədiyyəsi ilə sevindirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon Şöbəsinin rəisi Mətləb Murquzov ilə birlikdə şəhid ailələrinin evlərində olub, bayram hədiyyəsini uşaqlara təqdim ediblər.

Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər. Qeyd edilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır.

Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Keçidlər