Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib

07 mart 2024 | 11:41
Xaçmaz rayonunda şəhid analarının və həyat yoldaşlarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət işçilərinin və məktəblilərin Azərbaycan qadını mövzusunda çəkdikləri rəsm əsərləri ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan rəsmi hissədə ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan qadınına, onun ictimai həyatdakı roluna və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid analarını, həyat yoldaşlarını və respublikamızın bütün xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Qeyd edib ki, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində duran Azərbaycan qadınları öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli mənəvi dəyərlərimizin formalaşmasında mühüm rol oynayırlar. Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu deyən icra başçısı analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyi bacardı.
Çıxış edənlər digər qonaqlar qadınları təbrik edib, Azərbaycan qadınlarının tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri layihələrdən söz açıblar.
Tədbirdə rayonun ictimai, siyasi və mədəni həyatında fəallığı seçilən qadınlar fəxri fərmanla təltif edilib.
Sonda yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb
Keçidlər