Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd olunub.

08 noyabr 2024 | 11:38
8 Noyabr - Zəfər Günü təntənə ilə qeyd olunub.
Xaçmaz rayonunda Şanlı Qələbənin dördüncü ildönümü ilə əlaqədər bütün küçə və prospeklər, parklar, bina və eyvanlar Azərbaycan Bayrağı ilə bəzədilib. Banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları əks olunub.
8 Noyabr - Zəfər Günündə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Xaçmaz Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.
Xaçmaz rayonunda Zəfər Günü ilə əlaqədər Köhnə Xudat kəndi ərazisində ağacəkmə aksiyasıda keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Xaçmazdan olan şəhidlərin hər birinin xatirəsinə bir ağac əkiblər. Basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Keçidlər