Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr-Zəfər Günü Xaçmaz rayonunda silsilə tədbirlərlə qeyd olunur.

08 noyabr 2022 | 16:08

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri əvvəlcə ümummili liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ruhuna ehtiram nümayiş etdiriblər. Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrundan canından keçmiş vətən oğullarının əziz xatirəsi yad edilib.

Zəfər Günü münasibətilə Xaçmaz rayonunda ekoloji aksiya təşkil olunub. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə birlikdə Xaçmaz şəhərinin Ziya Bünyadov küçəsinə ağac əkiblər. Ərazidə əvvəl basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Xaçmaz rayonunda sentyabr ayının 27-dən 8 Noyabr-Zəfər Gününədək üç min ağac əkilib.

Keçidlər