8 Noyabr- Zəfər Gününə həsr olunmuş müxtəlif idman yarışları təşkil olunub
07 noyabr 2022 | 09:15
Xaçmazda rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan müxtəlif idman yarışları və intellektual oyunlar keçirilib. Yarışlarda 100-dən çox yeniyetmə gənc qalib adı uğrunda mübarizə aparıb. Yarışları Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Gənclər və İdman İdarəsinin eləcədə Təhsil Sektorunun nümayəndələri izləyib.
Təntənəli açılış mərasimində çıxış edənlər 44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbədən danışıblar. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün belə yarışların əhəmiyyəti yüksək qiymətləndirilib.
Birinciliklərin sonunda qalib idmançılar və komandalar kubok, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.