Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda videoformatda vətəndaşların müraciətləri dinlənilib

23 iyun 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus pandemiyası ilə bağlı qərarını nəzərə alaraq, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların videoformatda növbəti qəbulunu keçirib. Fərdi qaydada keçirilən onlayn qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Müraciətlər fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, yaşadığı mövcud evin sənədləşdirilməsinə köməklik göstərilməsi, məktəb təmiri və suvarma suyuna olan təlabatın ödənilməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyatı qurumlar üzrə yönləndirilib.

Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər