Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda mobil qruplar tərəfindən yoxlamalar davam etdirilir

05 sentyabr 2021 | 16:00

Xaçmaz rayonunda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Rayon icra hakimiyyətinin, Rayon Polis şöbəsinin və digər müaviq qurumların əməkdaşlarından ibarət mobil qruplar iri ticarət mərkəzlərində, hotellərdə və digər qapalı məkanlarda yoxlamalar aparıb.

Yoxlamalar zamanı əsas hədəf kimi obyekt sahibləri və müştərilərin COVID pasportunun olub olmaması, müvafiq qaydalara riayət edilməsi yoxlanılıb. Sakinlərlə proflaktiki söhbətlər aparılıb. Tövsiyyə və tələblərə əməl edən obyekt sahibləri yeni qüvvəyə minən qaydalardan hali olduqlarını bildiriblər.

Koronovirusla mübarizədə yeganə çıxış yolunun vaksinasiya olmasını nəzərə alaraq bu kimi yoxlamalar gündəlik olaraq davam etdiriləcək.

Keçidlər