Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlarla görüş keçirilib.

07 sentyabr 2021 | 16:00

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Son iki ildə Xaçmaz rayonunda 10 məktəb binası yenilənib. Bu il daha iki təhsil ocağı Qımıl Qışlaq kənd tam orta məktəbinin binası əsaslı təmir olunub, Köhnə Xudat kəndində isə modul tipli məktəb binası quraşdırılıb.

Görüşdə qeyd olunub ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Xaçmaz rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd verən 767 məzundan 617-i tələbə adını qazanıb. Məzunlardan 54-ü 500-dən 13-ü isə 600-dən yuxarı bal toplayıb.

Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda 600-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Keçidlər