Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində İcra Hakimiyyətinin məsul şəxsləri, rayon Polis Şöbəsinin əməkdaşları birgə yoxlamalarını daha da gücləndirib.

10 sentyabr 2021 | 16:00

Reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.

Rayonda yaradılmış operativ qruplar tərəfindən ticarət obyektlərində, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir. Vətəndaşların və işçi personalının COVID-19 pasportu yoxlanılır, sosial məsafənin qorunması və digər məsələlərə ciddi fikir verilir. Ticarət mərkəzlərində qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Keçidlər