Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.

13 sentyabr 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Ağayev Elşən Xanağa oğlu 12.09.2021-ci il tarixində Sabirabad rayonu ərazisində baş verən ağır yol qəzasında həlak olub.

Ağayev Elşən Xanağa oğlu 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, 2015-ci ildə ehtiyata buraxılmışdır. Vətən müharibəsi başladıqdan sonra 29.09.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Elşən Ağayev 13.09.2021-ci il tarixində Xaçmaz şəhər qəbəristanlığında dəfn edilmişdir. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon ictimaiyyəti və mərhumun ailə üzvləri iştirak edib.

Xaçmaz Rayon İcra Hakimiyyəti adından mərhumun valideynlərinə və yaxınlarına baş sağlığı veririk.

Keçidlər