Xaçmaz rayonunun Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası istifadəyə verilib
Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. 480 şagird yerlik məktəb binasının açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, təhsil nazirinin müşaviri Elnur Əliyev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər. Bina ilə tanış olan qonaqlara məlumat verilib ki, 1974-cü ildən fəaliyyət göstərən Qımılqışlaq kənd tam orta məktəbinin binası son illər qəzalı vəziyyətdə olub. Bu səbəbdəndə əsaslı təmirə ehtiyac yaranıb.
Əsaslı təmirdən sonra ikimərtəbəli məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəb yeni inventar və avadanlıqlarla təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri inşa olunub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib.
Məktəblə tanış olan rayon rəsmləri və təhsil işçiləri şəraiti yüksək qiymətləndiriblər