Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin 27 sentyabrında Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizə yaşadan o tarixi zəfərin başlanğıcına az qalıb.

18 sentyabr 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və Qarabağ qaziləri ilə birlikdə Mürşüdoba, Çiləgir, Nərəcan, Qusarçay və Dədəli kəndlərindən şəhid olmuş igid Vətən oğullarının məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizi qalib xalqa çevirən və 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin bir qəhrəman olduğunu və bu günlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Azərbaycan xalqı var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağı qeyd edilib.

Elnur Rzayev qeyd edib ki, 27 sentyabr tarixinədək Xaçmaz rayonunda bütün şəhid məzarları ziyarət olunacaq və şəhid ailələri ilə görüşlər təşkil ediləcək.

Şəhid ailələri göstərilən diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qusarçay kəndində olan zaman Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan Vüsal Şahkərimovla da görüşüb. Şahkərimovla səmimi söhbət zamanı 44 günlük Zəfər tariximiz bir daha yada salınıb. “Topçu Vüsal” və onun döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib.

Keçidlər