Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilib.

24 iyun 2016 | 16:00

2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında təşkil olunan festivalın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar əvvəlcə Fəvvarələr Bağında müxtəlif səpkili sərgi və stendləri izləyiblər. Ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətlərinə aid tətbiqi sənət əsərləri, həmçinin kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq və digər sənət əsərlərinin nümunələri maraqla qarşılanıb.
Sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində media nümayəndələri üçün brifinq təşkil olunub, jurnalistlərin sualları cavablandırılıb.
Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasətinin hər zaman yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.Bildirilib ki, ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycanın hər yerində, o cümlədən Xaçmazda çox sayda milli azlıqların firavan yaşadığını vurğulayıb. Rayonda 20-dən çox etnik qrupun üzvləri yaşasa da, heç vaxt milli zəmində münaqişə və ya hər hansı problem yaşanmayıb.
Festivalın kuboku Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə təqdim edilib.
Beynəlxalq festival çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Belarus Respublikası xalq sənətləri və mədəni maarifləndirmə işləri üzrə metodiki mərkəz, eləcə də İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Festival zamanı “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrinin birgə iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktiki konfrans keçirilib.

Keçidlər