Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr-Anım günündə Xaçmaz rayonunda şəhidlərin əziz xatirəsi yad edilib

27 sentyabr 2021 | 16:00
Xaçmaz rayonunda 27 sentyabr-Anım tədbirlərinə inşası davam etdirilən Zəfər parkından start verilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, millət vəkili Sevil Mikayılova, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Qarabağ qaziləri qələbədə pay sahibi olan hər bir şəhidin adına Zəfər parkının ərazisində bir ağac əkiblər. İcra başçısı şəhid ailələri ilə səmimi söhbət zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Daha sonra anım tədbiri Şəhidlər Xiyabanında davam etdirilib. Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub. Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstünü ziyarət edib, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə tər-qərənfillər düzüb.
Şəhid ailələri rayon rəhbərliyi ilə görüşü zamanı ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb

Keçidlər