Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anasının problemi ilə yerində tanış oldu.

28 sentyabr 2021 | 16:00

Xacmaz rayonunda şəhid ailələri və Qarabağ qazilərinin müraciətlərinə həssaslıqla yanaşılır. 27 sentyabr-Anım Günündə rayon rəhbərliyinin şəhid ailələri ilə səmimi söhbəti zamanı Xaçmaz şəhər sakini, şəhid anası Əzizə Nəsirova 2020-ci ildə Rəhimoba kəndində onlar üçün inşa olunan fərdi yaşayış evində kommunal xidmətlərin çəkilmədiyini, bu səbəbdəndə həmin mənzildə yaşaya bilmədiyini bildirmişdi. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müraciətlə əlaqədər bu gün Rəhimoba kəndində olub və şəhid ailələri ilə görüşüb. Qaz, işıq və su təsərrüfatı idarələrinin rəhbərləri ilə birlikdə mənzillərə baxış keçirilib. Baxış zamanı həqiqətən də mənzillərə qaz və su verilməsi üçün küçə xəttlərinin çəkilmədiyi müəyən edilib. İcra başçısı evlərin qısa zamanda qazlaşdırılması və su ilə təchiz edilməsi üçün yerli qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Rayon rəhbərliyi şəhid ailələrinin digər müraciət və təkliflərini də dinləyib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya, xüsusi ilə də müraciətlərinə həssaslıqla yanaşdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər