Son illər respublikanın hər yerində olduğu kimi, Xaçmaz rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almaqdadır.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonun Xudat şəhərində yenidənqurma işlərinə başlanılıb.
Xudat şəhərinin Bakı istiqamətində girişində yeni dairəvi yol infrastrukturu qurulur, küçələr asfaltlanır, ətrafda yerləşən sahibkarlıq obyektləri müasir üslübda yenilənir. Görülən işlər yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayacaq.
Hazırda magistral yolun genişləndirilməsi sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur, müasir gecə işıqlandırma sistemi yaradılır.
Ümumilikdə Xudat şəhəri üzrə 22 küçəyə asfalt örtük salınıb, bu istiqamətdə işlər davam etdirilir.
Görülən işlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq tapşırıq və tövsiyyələrini verib.
Ölkə rəhbərinin birbaşa diqqət və qayğısı nəticəsində aparılan quruculuq işləri gələcəkdə bu regionda turizmin inkişafında müstəsna əhəmiyyət kəsb edəcək.