Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin "online" qəbul zamanı səsləndirilən müraciət ilə yerində tanış olub.

15 oktyabr 2021 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çaxçaxlı kəndində olub və yerli sakinlərlə görüşüb. Vətəndaşlar kənd daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və fərdi yaşayış evlərinə stasionar telefonların çəkilişi ilə bağlı müraciətlər səsləndiriblər.

Elnur Rzayev vətəndaşların bütün təkliflərini dinləyib, qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Görüşdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Çaxçaxlı kəndi ərazisində mövcud olan balıqartırma müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Orada yetişdirilən balıq məhsullarının satışı ilə maraqlanıb.

Keçidlər