Xaçmazda Zəfər parkı istifadəyə verilib
09 noyabr 2021 | 16:00
8 noyabr Zəfər Günü Xaçmaz rayonunda silsilə tədbirlərlə qeyd olunub.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəllcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən oğullarını yad ediblər.
Daha sonra Xaçmaz şəhərinin Heydər Əliyev prospektində inşası başa çatan Zəfər parkının açılışı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə birlikdə parkda ucaldılan və qələbəni özündə təcəssüm etdirən Zəfər abidəsinin üzərindəki örtüyü götürüb.
Açılış mərasiminin iştirakçıları məkətblilərin və gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının rəsmləri nümayiş etdirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək Zəfər bayramı münasibətilə sakinləri təbrik edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 davam edən Vətən müharibəsində xaçmazlı igidlər də mərdliklə döyüşərək, torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.
Mərasimdə çıxış edən digər natiqlər də,ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daim yaddaşlarda qalacağını söyləyiblər.
Rəsmi hissədən sonra məktəblilər Xaçmazdan olan Vətən müharibəsi şəhidlərinin portretlərini nümayiş etdiriblər.
Tədbirdə vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.
Zəfər parkının ümumi ərazisi 4 hektardır. İstirahət mərkəzi müasir layihə əsasında tikilib. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana, süni göl, fəavvarə, müxtəlif ictimai iaşə obyektləri yaradılıb. Bundan başqa idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün atraksionlar, eləcə də açıq havada tədbirlərin təşkili məqsədilə səhnə də mövcuddur. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub, yerə tamet döşənib və yaşıllıq zolaqları salınıb.
8 noyabr Zəfər Günü ilə əlaqədər Xaçmaz rayonunda ekoloji aksiya da təşkil olunub. Rayon sakinləri Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinin kənarına 2000-ə yaxın ağac tingləri əkiblər. Basdırılan tinglərə aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.
Axşam saatlarında yeni istifadəyə verilən Zəfər parkında tanınmış insənət ustalarının iştirakı ilə konsert təşkil olunub. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.