Xaçmaz sakinlərinin müraciətləri dinlənilib
17 noyabr 2021 | 16:00
Xaçmaz sakinlərinin müraciətləri dinlənilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev videoformatda növbəti dəfə vətəndaşların müraciətini dinləyib. Fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub.
Müraciətlər işlə təmin olunma, pensiya və sosial yardımın təyinatı, daxili yolların təmiri, fərdi yaşayış evlərinin qazla təchizatı, torpaq sahəsinin ayrılması, eləcədə digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib