31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Xaçmaz Rayon Mühafizə Şöbəsinin yeni inzibati binası istifadəyə verilib
20 dekabr 2021 | 16:00
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Xaçmaz Rayon Mühafizə Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı , Xaçmaz RPŞ-nin rəisi polis polkovnik-leytenantı Həmid Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı şəxsi heyəti yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıblar.
Məlumat verilib ki, 2 mərtəbəli inzibati binanın ən müasir standartlara uyğun olan bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, Növbətçi hissə və digər xidməti otaqlar istifadəyə verilib. Yeni tikilidə 54 yerlik akt zalı da var. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Sonra mərasim iştirakçıları binanın ikinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olub, Növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zalına baxıblar.