Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

31 mart 2022 | 16:00
Xaçmaz rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarını və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova çıxış edərək azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarından bəhs edib. Bildirib ki, 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib.
Diqqətə çatdırılıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymətdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.
Çıxış edənlər qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız qələbə düşmənə verilən layiqli tarixi dərsdir. Natiqlər gənc nəslə soyqırımı qurbanlarını, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağı və tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağı tövsiyə edib.
Tədbirdə soyqırımı hadisələrini əks etdirən “Unudulmayan tarix” adlı film nümayiş olunub
Keçidlər