Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində icra nümayədələrinin və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

01 aprel 2022 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu il Xaçmazda görüləcək işlər barədə məlumat verib. Bildirib ki, hazırda Xaçmaz-Quba yolunun genişləndirilməsi və sözügedən ərazidə mövcud olan sahibkarlıq obyektlərinin fasadının müasir üslübda yenilənməsi işləri aparılır.

Elnur Rzayev yol kənarlarında, park və xiyabanlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini eləcədə mütəmadi olaraq təmizlik aksiyalarının keçirilməsini tapşırıb.

İcra başçısı həmçinin vətəndaş müraciətinə həssaslıqla yanaşılması, qarşıya çıxan çətinliklərin vaxtında aradan qaldırılması, eyni zamanda mövcud problemlərlə bağlı aidiyyatı təşkilatların vaxtında məlumatlandırılmasını tövsiyyə edib.

Daha sonra yerlədə mövcud olan problemlərin həlli və qarşıda duran vəzifələrin icrası ilə əlaqədər müzakirələr aparılıb.

İclasın yekununda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev suvarmaya olan ehtiyacın ödənilməsi üçün kanallarda təmizlik işlərinin sürətləndirilməsini, elektrik və qaz təsərrüfatlarında yenidənqurma işlərinin davam etdirilməsini tapşırıb.

Keçidlər