Xaçmaz rayonunda yerli sahibkarlarla görüş keçirilib
08 aprel 2022 | 16:00
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sahibkarlarla görüşüb. Görüşdə sahibkarlarla yanaşı yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif dövlət təşkilatlarının rəsmləri, icra nümayədələri və bələdiyyələr iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev son illər Xaçmaz rayonunda həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.
Qeyd edib ki, görülən işlərin davamı olaraq hazırda Xaçmaz-Quba və Xaçmaz şəhərinin Bakı prospektində yolun genişləndirilməsi eləcədə mövcud sahibkarlıq obyetlərinin fasadının müasir üslubda yenilənməsi işləri aparılır.
Görülən işlər zamanı müasir memarlıq üslubu qorunmaqla piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin olunacaq, müasir gecə işıqlandırılma sistemi yaradılacaq.
Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə öz təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər