Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların müraciət və təklifləri dinlənilib

20 aprel 2022 | 16:00
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların müraciət və təklifləri dinlənilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti dəfə vətəndaş qəbulu keçirib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər işlə təmin olunma, torpaq sahəsinin sənədləşdirilməsi, eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib.
Səsləndirilən müraciətlər bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib

 

Keçidlər