Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın təsis yığıncağı keçirildi.

16 avqust 2016 | 16:00

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ölkənin bütün iqtisadi rayonlarını təmsil edən meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların və  rəsmi şəxslərin iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” təsis olunub. Meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq.
        Tədbirdə assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, qurumun nizamnaməsi təsdiq olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Zirə" İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın İdarə Heyətinin sədri seçilib.
        Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
        Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elşən Əsədov çıxış edib, son illər qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd ediblər.

Keçidlər