Şriftin ölçüsü :

Saytın rəngi :

XAÇMAZDA KOMPLEKS MÜLKİ MÜDAFİƏ TƏLİMLƏRİ KEÇİRİLİB

29 iyul 2016 | 16:00

Xaçmazda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanlarının və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
      Kompleks təlimlərdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 203 nəfər şəxsi heyəti və 29 ədəd texnikası iştirak edib. Təlimlərdə şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və insanların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Keçidlər