Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü Xaçmaz şəhərində 7№-li tam orta məktəb binasının açılışı ilə yadda qaldı.

15 sentyabr 2016 | 16:00

15 sentyabr 2016-cı il tarixdə A.Səlimov adına Xaçmaz şəhər 7№-li tam orta məktəb binasının açılış mərasimi olmuşdur.
Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov, Rayon Təhsil Şöbəsinin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər  iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev, millət vəkili Eldəniz Səlimov çıxışlarında şagirdləri və pedaqoji kollektivi həm “Bilik günü” və yeni tədris ilinin başlanması, həm də yeni məktəb binasının açılışı münasibətilə təbrik etmiş, onlara öz xeyir-duasını vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında ölkə rəhbəri İlham Əliyev cənablarının regionlara səfəri çərçivəsində rayonumuzda olmasından, “2014-2018-ci illərdə sosial-iqtisadi inkişafın Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən, eləcə də sosial infrastruktur müəssisələrinin yaradılmasından geniş söz açdı.
Müasir standartlara cavab verən 360 şagird yerlik məktəb binası yeni avadanlıqlarla təchiz olunmuş fənn kabinetlərindən, laboratoriya, idman və akt zalından, kompüter kabinetlərindən ibarətdir. Qeyd edək ki, məktəbin əvvəlki binasının bir hissəsi də əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 2016-2017-ci tədris ilində 502 nəfər şagirdin təlim-tərbiyəsi ilə 57 nəfər müəllim məşğul olacaqdır.
Daha sonra tədbir iştirakçıları yeni tədris binasında yaradılmış şəraitlə tanış oldular.

Keçidlər