Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

08 mart 2017 | 16:00

       
       Rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar öncə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi şəxsiyyətin xatirəsini böyük ehtiramla yad etdərek , abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər. Daha sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib. Rayon tədbirində ilk öncə  Xaçmaz RİH Başçısının müavini İlhamə Nəzərova Azərbaycanda  uğurla reallaşdırılan dövlət qadın siyasətindən bəhs edən geniş məruzə ilə çıxış edib.
      Daha sonra tədbir   rayonun mədəniyyət və incəsənət işçilərinin iştirakı ilə təşkil olunmuş bayram konserti ilə davam etdirilib.

 

Keçidlər