Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmazlı məktəblilərin Lənkəran-Masallı-Astara istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi.

16 mart 2017 | 16:00

Keçirilən tədbirdə Xaçmaz  rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Yetkin Mehmanov,  RİHB-nın müavini İlhamə Nəzərova, təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları və valideynlər iştirak ediblər.
      “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmazlı məktəblilər Lənkərana  yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda  ucaldılan abidəsini  ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
       Xaçmaz  Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova  xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. Şagirdlərə  tur-aksiyadan müsbət şəkildə yararlanmaq  tövsiyə edilib.
       Yola salma mərasimi Azərbaycan Respublikasının Dövlət himninin oxunması və xatirə şəkillərinin çəkilməsi ilə sona catıb.
       Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Mərkəzinin önündən  Lənkəran-Masallı-Astara istiqamətinə yola düşüblər.

Keçidlər