Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz şəhərində Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin büstü ucaldılıb.

26 mart 2017 | 16:00


        Böyük söz ustadının büstü açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə yer alıb.
        Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tədbirdə çıxış edərək Azərbaycanın hər yerində aşıq sənətinə yüksək qiymət verildiyini diqqətə çatdırıb       
        Tədbirdə vurğulanıb ki, son illərdə milli-mənəvi dəyərlərimizə, o cümlədən aşıq sənəti ilə bağlı olan tarixi irsimizə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir.
        Aşıq Şəmşir Azərbaycan klassik aşıq şeirinin əksər janr və formalarında mükəmməl nümunələr yaradıb, saz havasını və dastanı peşəkarlıqla ifa edib. Onun zəngin irsi təkcə Azərbaycanda deyil, digər türk xalqları tərəfindən də maraqla öyrənilməkdədir.
        Mərasimdə Aşıq Şəmşirin şeirləri səsləndirilib, nəğmələri ifa edilib.
1
1

Keçidlər