Şriftin ölçüsü :

Saytın rəngi :

08 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev adına mərkəzdə Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

08 sentyabr 2017 | 16:00

     08  sentyabr 2017-ci il tarixində Xaçmaz  rayon Heydər Əliyev Mərkəzində  təhsil işçilərinin növbəti konfransı keçirilib.  İlk öncə konfrans iştirakçıları rayonda ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşr.Daha sonra tədbir iştirakçıları Mərkəzin foyesində təşkil olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirmişdir. Peşə təhsili müəssisələrinin, orta ümumtəhsil məktəblərinin, idarə, təşkilat, müəssisə rəhbərlərinin, təhsil işçilərinin, tələbə adını qazanmış gənclərin, valideynlərin iştirak etdiyi konfransı giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açmışdır. Şəmsəddin Xanbabayev qeyd etmişdir ki,  təhsil sisteminin inkişafı ümumilikdə, ölkəmizin sosial-iqtisadi inkişafından qaynaqlanır və müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Bildirilib ki,  Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Dövlət başçısının təhsil sisteminə göstərdiyi diqqəti və qayğısı sayəsində milli təhsil sistemi Azərbaycanın davamlı inkişafına yönəlmiş və bu sahədə   əsaslı tədbirlər görülmüşdür..  Hesabat məruzəsi ilə çıxış edən Xaçmaz rayon Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova  rayonda fəaliyyət göstərən   ümumtəhsil məktəblərində 2016-2017-ci tədris ilində   təşkil edilmiş təhsilin vəziyyəti barədə konfrans iştirakçılarına məlumat verib. Hesabat məruzəsində  1490 nəfər şagirdin məktəbi bitirdiyini, bunlardan 869 nəfərinin ali məktəblərə sənəd verdiyini və 287 nəfərin ali məktəblərə qəbul olunduğunu bildirib. Tələbə adını qazananlardan 10 nəfərinin 600-dən, 44 nəfərinin isə 500-dən çox bal topladığını diqqətə çatdırılıb.
        Eyni zamanda bildirilib ki, Prezidentin sərəncamı ilə  rayonun Zərifə Əliyeva adına  8 saylı məktəb liseyin müəlliməsi  Ağasıyeva Gülnisə   “Əməkdar müəllim” medalı ilə təltif olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Faiq Şahbazov tədbirdə çıxış edərək rayonda təhsil sahəsində baş verən müsbət nailiyyətlərlə bağlı fikir bildirmiş və konfrans iştirakçılarını yeni tədris ilinin başlaması münasibətilə təbrik etmişdir. Daha sonra Azərbaycan Dövlət Tibb Universitetinə 651 bal toplayaraq daxil olmuş Xudat şəhər 2 saylı orta məktəbin məzunu Əliverdiyeva Nəzrin Nazir qızı yüksək bal toplamış rayon məzunları adından çıxış edərək müəllimlərinə və təhsilə böyük qayğı ilə yanaşdığına görə  dövlət Başçısına minnətdarlıq bildirmişdir. Konfransda çıxış edən gənc pedaqoqların   müxtəlif  fikir və təklifləri dinlənilmiş və onlar rayonun gələcək inkişafı  naminə hər zaman səylə çalışaqlarını bildirmişlər.  Sonda yüksək bal toplamış məzunlara  rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev hədiyyələr təqdim edib.

Keçidlər